Özbəkistanlı iş xanımı Luiza Şaraxmetova Azərbaycanda mükafata layiq görüldü -

Luiza Sharaxmetova ilk biznesini 21 yaşında qurub.

O, işgüzar xanımkimi inkişaf etmək istədiyi üçün böyük həvəslə biznes sahəsinə daxil olub. Xanım Sharaxmetova bu günə qədər müxtəlif istiqamətlərdə 5 uğurlu layihənin müəllifidir. Bunların içində "Mediva" estetik tibb klinikası, "Autofinance Leasing" lizinq şirkəti və qadın sahibkarlar üçün biznes məktəbi xüsusilə fərqlənir.

Estetik tibb klinikası 2021-ci ildə Müalicə Turizmi Assosiasiyasının medalı ilə təltif edilib. Luiza Sharaxmetova Özbəkistanda qadın biznesinin inkişafına böyük töhfə verir.

30 iyun 2022-ci ildə Bakıda keçirilən Golden People Awards mükafatlandırma gecəsində Luiza Sharaxmetova ilin uğurlu iş xanımı nominasiyası üzrə mükafatlandırılıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR