Finlandiyanın baş naziri Sanna Marin etiraza səbəb olan görüntülərindən danışıb.

Metbuat.az xəbər verir ki, o əyləncədə səhv davranış sərgiləmədiyini ifadə edib. Hökumət başçısı narkotik maddə qəbul etmədiyini deyib. “Görüntülərin yayılmasına görə üzüldüm. Rəfiqələrimlə bir gecə keçirdim. Parti etdik. Yetəri qədər çılğın idik, bəli!” - deyə Marin deyib.

Qeyd edək ki, 35 yaşlı nazirin geyindiyi açıq geyimlər, rəfiqələri ilə spirtli içki içərək, rəqs etməsi etiraz yaradıb.