İsveçin xarici işlər naziri Ann Linde Türkiyə ilə NATO barədə danışıqların daha da çətinləşdiyini açıqlayıb.
Metbuat.az xəbər verir ki, buna səbəb Sol partiyasının 3 deputatının PKK rəmzlərinin olduğu plakatlar açmasıdır. Diplomat bildirib ki, ölkə qanunları bunu qadağan etmir. Lakin hökumət üçün bu, uyğunsuz vəziyyətdir.
Qeyd edək ki, Türkiyə Finlandiya və İsveç qarşısında NATO-ya üzv olmağa razılıq vermək üçün bir sıra şərtlər irəli sürüb.