"Qarabağ" klubu futbolçusu İbrahima Vadjinin Fransa "Sent-Etyen"inə keçidini açıqlayıb.

Metbuat.az "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, 27 yaşlı hücumçu əldə olunmuş razılığa əsasən, Liqa 2 təmsilçisinə keçib.

Ona göstərdiyi xidmətləri qarşılığında təşəkkür edilib və gələcək karyerasında uğurlar arzulanıb. Ötən mövsüm komandaya transfer olunmuş seneqallı futbolçu keçirdiyi 36 oyunda 20 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. O, 3 illik sözləşməyə qol çəkib. "Sent-Etyen" Vadji üçün "Qarabağ"a 1 milyon avrodan çox vəsait ödəyəcək.