Xəbər verdiyimiz kimi, "Qarabağ" klubu futbolçusu İbrahima Vadjinin Fransa "Sent-Etyen"inə keçidini açıqlayıb.

Metbuat.az xəbər verir ki, "köhlən atlar"ın sabiq oyunçusu klubdan ayrılması ilə bağlı paylaşım edib:

"Bütün ailəyə, klubda çalışanlara, əziz qardaşlarıma və bütün "Qarabağ" azarkeşlərinə salam. Bu bir vida mesajıdır. Təbii ki, gözlənilməz səfərim səbəbindən sizinlə üzbəüz etmək imkanım olmadı. Amma bilin ki, özümlə çoxlu gözəl anlarını aparıram. Çox tez bitsə belə, bu, böyük bir macəra idi. Hər şey üçün təşəkkür edirəm", - deyə o paylaşımında qeyd edib.

Qeyd edək ki, seneqallı forvard artıq yeni klubu ilə müqavilə də imzalayıb. O, 3 illik sözləşməyə qol çəkib. "Sent-Etyen" Vadji üçün "Qarabağ"a 1 milyon avrodan çox vəsait ödəyəcək.