Xəbər verdiyimiz kimi, işğaldan azad edilmiş Qubadlı rayonu ərazisində piyada əleyhinə mina hadisəsi olub. Partlayış nəticəsində minaaxtaran it bələdçisi, 1984-cü il təvəllüdlü Hüseynov Nəcməddin Abdulla oğlu yüngül bədən xəsarətləri alıb. Əməliyyata cəlb olunan "Dina" ləqəbli Belçika malinuası – minaaxtaran it tələf olub.
Metbuat.az xəbər verir ki, hazırda yaralanan şəxsin vəziyyəti stabildir. Həyati təhlükəsi yoxdur.
ANAMA bələdçisinin önündə gedərək minaya düşüb ölən "Dina" ləqəbli itin fotosu sosial şəbəkələrdə yayılıb.
Həmin fotonu təqdim edirik:
Dina öz bələdçisini mina partlayışından qoruyaraq həyatını itirib. Bələdçi yüngül bədən xəsarətləri alıb.
