“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Nant” Fransa çempionatında növbəti oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, "Nant" səfərdə "Strasbur"un qonağı olub.

Görüş 1:1 hesabı ilə başa çatıb. Meydan sahiblərinin Seneqaldan olan hücumçusu Habib Diallo 28-ci dəqiqədə hesabı açsa da, "Nant"ın misirli forvardı Mustafa Məhəmməd matçda tarazlığı bərpa edib. Afrikalı futbolçu 85-ci dəqiqədə fərqlənib. Bu matçda "Nant"ın baş məşqçisi Antuan Kombuare 63-cü dəqiqədə sarı vərəqə də alıb.

Qeyd edək ki, "Nant" hazırda 6 xalla 11-ci pillədədir.