4-cü Brüssel görüşü: Liderlər müzakirə masasında hansı nəticələri əldə etdilər? -

Dünən Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan görüşdə mühüm nəticələr əldə edilib.

Metbuat.az xəbər verir ki, Şarl Mişelin görüşlə bağlı yaydığı bəyanatda qeyd olunub ki, sülh razılaşması, humanitar, sərhəd məsələləri, nəqliyyat xətlərinin açılması ilə bağlı müzakirələr aparılıb.

Politoloq İlyas Hüseynov bildirdi ki, görüşdə sülh müqaviləsi ilə bağlı təkliflər görüşün priotet mövzusu olub. İlyas Hüseynovun fikrincə, "Qisas" anti-terror əməliyyatı Ermənistanı daha da diqqətli olmağa vadar etdi:

"Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunan Azərbaycan və Ermənistan liderləri arasındakı 4-cü görüş mühüm nəticələrlə yadda qaldı. Şarl Mişelin bəyanatındakı fikirlər regional sülhün daha da gücləndirilməsinə yönəlib. Aİ özünü formalaşdırdığı siyasi gündəliyə uyğun olaraq əlaqələri genişləndirməkdə maraqlıdır. Bu məsələdə sülh müqaviləsinin imzalanması priotet təşkil edir. Azərbaycan Ermənistana sülh müqaviləsi ilə bağlı 5 maddəlik təklif irəli sürüb və bunlar Ermənistan tərəfindən qəbul edilib. Sonuncu dəfə Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan açıq şəkildə bəyanat verdi. Regional sülhün gücləndirilməsi ilə bağlı "Qisas" anti-terror əməliyyatının də önəmini vurğulamalıyıq".

İlyas Hüseynov: Dövlət başçısının sərəncamı diqqət və qayğının bariz  nümunəsidir - "İki sahil"

İlyas Hüseynov

Sərhədlərin delimitasiyasına gəlincə, Şarl Mişel bəyanatında qeyd edir ki, bu məsələlərlə bağlı əldə olunmuş irəliləyişləri və sabit vəziyyəti daha yaxşı təmin etmək baxımından Sərhəd Komissiyasının növbəti iclasının noyabrda Brüsseldə keçirilməsi ilə bağlı razılıq əldə olunub.

Politoloq qeyd edir ki, Rusiya və Avropa İttifaqı müxtəlif təşəbbüslər göstərir, amma Paşinyan öhdəliklərindən boyun qaçırmağa davam edir. Huseynov həmçinin Paşinyanın yenə də verdiyi vədlərdən boyun qaçırmağa çalışacağı təqdirdə Azərbaycan tərəfinin konkret addımlar ata biləcəyini deyir:

"Brüsseldəki görüşdən əvvəl Moskvada baş nazirlərin müavinləri səviyyəsində sərhədlərin delimitasiyası üzrə iclas keçirildi və mayda iki ölkənin lideri arasında keçirilən görüş nəticəsində əldə olunan razılığa görə, sərhədlər istiqamətində komisiyanın təşkil olunması ilə bağlı sərəncamlar imzalandı. Artıq bu istiqamətdə gərgin iş icra olunur. Rusiya və Aİ arasında bu yöndə müxtəlif təşəbbüslər göstərilsə də, Ermənistan tərəfi üzərinə götürdüyü öhdəliklərdən boyun qaçırır. Müxtəlif mövzularda - iqtisadi, nəqliyyat əlaqələrinin bərpa olunmasına, sərhədlərin nişanlanmasına, eləcə də sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Sərhədlərlə bağlı məsələlərin həlli Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən qəbul edilməsi deməkdir. Bu baxımdan delimitasiya prosesi sülhün və təhlükəsizliyin qorunmasına mühüm töhfə verə bilər. Şarl Mişelin sülh istiqamətində təşəbbüsləri humanitar məsələlərlə bağlı həm də siyasi, iqtisadi sahəni əhatə edir. Düşünürəm ki, Paşinyan yenə də verdiyi əməl etməsə, Azərbaycan tərəfi buna görə konkret addımlar ata bilər".

Gülər Seymurqızı

Həmçinin oxuya bilərsiniz: Paşinyan görüşə böyük "ordu" ilə gedib: Sui-qəsddən qorxur - Erməni KİV

Brüsseldəki bu şəkil erməniləri TƏŞVİŞƏ SALDI - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR