Dövlət Komitəsində müharibə veteranları ilə görüş keçirilib -

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bir qrup məcburi köçkün müharibə veteranları ilə görüşüb.

Metbuat.az-a Dövlət Komitəsindən verilən məlumata görə, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində qazandığı möhtəşəm Zəfərin xalqımıza böyük sevinc və qürur hissi bəxş etdiyi, torpaqlarımızın işğaldan azad olunması nəticəsində məcburi köçkünlərin doğma yurda qayıtmasına imkan yarandığı, artıq Böyük Qayıdışın başlandığı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə veteranlarına hər zaman qayğı göstərdiyi qeyd olunub. Dövlətimizin sosial siyasətində bu kateqoriyadan olan vətəndaşlarla bağlı məsələlərin həllinin prioritet təşkil etdiyi diqqətə çatdırılıb.

Komitə sədri görüş iştirakçılarının hər birinin vətənpərvərliyinin gələcək nəsillər üçün örnək olduğunu bildirib, vətənimizin müdafiəsində göstərdikləri şücaətlərə görə onlara təşəkkür edib.

Səmimi söhbət şəraitində keçən görüşdə məcburi köçkün müharibə veteranları öz fikir və mülahizələrini bildirib, postmüharibə dövrünün xüsusiyyətlərindən, öz arzu və istəklərindən danışıblar. Onlara bildirilib ki, görüşdə qaldırılan bütün məsələlər hərtərəfli araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həlli təmin ediləcəkdir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR