Lənkərandakı "Samovar"ın müəllifi vəfat etdi

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvü Marifə Əhmədova vəfat edib.

Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Bildirilib ki, o, ötən gün 69 yaşında dünyasını dəyişib.

Marifə Əhmədova Lənkəran Rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti Şöbəsinin baş mühəndisi, eləcə də şəhərin baş memarı vəzifəsində çalışıb. M.Əhmədova həmçinin Lənkəranın girişində yerləşən "Samovar" abidəsinin müəllifi olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR