"Qarabağ" azarkeş sayına görə ilk "5-lik"də

UEFA Avropa Liqasının qrup mərhələsində II turun oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, 15 matçda ümumilikdə 312 000-dən çox tamaşaçı iştirak edib.

İlk "5-lik"də Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçirilmiş G qrupunun qarşılaşması da yer alıb. Tofiq Bəhramov adına Respublika stadionundakı görüşü 26 495 tərəfdar izləyib.

Qeyd edək ki, "Qarabağ" rəqibini 3:0 hesabı ilə məğlub edib. Avropa Liqasının qrup mərhələsində II turun "Arsenal" (İngiltərə) - PSV (Niderland) qarşılaşması Böyük Britaniya kraliçası II Elizabetin vəfatı ilə əlaqədar oktyabrın 20-nə təxirə salınıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR