İrlandiyada qəribə hadisə baş verib.

Metbuat.az xəbər verir ki, müxtəlif şikayətlərlə xəstəxanaya müraciət edən yaşlı qadını müayinə edən həkimlər şoka düşüblər. Həkimlər qadının müxtəlif orqanlarında 55 batareya aşkar ediblər. Həkimlər batareyaların sayını dəqiqləşdirmək üçün qadını bir neçə dəfə müayinə ediblər. Batareyalar qadının mədəsində, bağırsaqlarında və digər orqanlarında ilişib qalıb. Həkimlər müxtəlif üsullardan istifadə edərək təkcə 4 batareyanı çıxarda biliblər. Digər batareyaların çıxarılması üçün cərrahlar hərəkətə keçiblər. Qadının səhhəti üçün təhlükə yoxdur. Hadisənin səbəbləri araşdırılır.