Ermənistanda ölən hərbçilərin yaxınları baş nazir Nikol Paşinyanın Erablur hərbi panteonuna daxil olmasını əngəlləmək istəyiblər.
Metbuat.az erməni mətbuatına istinadən xəbər verir ki, etirazçılar baş nazirin sentyabrın 21-də Müstəqillik Gününə həsr olunmuş ənənəvi ziyarətinin qarşısını almaq istəyiblər.
Polis isə həlak olan hərbçilərin yaxınlarını İrəvandakı Erablur hərbi panteonunun ərazisindən zorla çıxarıb.
Hətta polislərin övladını itirən analara qarşı davranışı Ermənistanda etirazlara səbəb olub.
Sonda isə Paşinyan panteonun ərazisinə sərbəst daxil ola bilib.