Putinin qərarından sonra Rusiyada "Google" üzrə bu sözlər axtarışa verildi -

Rusiyada qismət səfərbərlik elan edildikdən sonra insanların bir qismi bilet axtarışına, digər bir qismi isə müharibəyə getməmək üçün yollar axtarır.

Metbuat.az xəbər verir ki, rus teleqram qruplarında yayılan məlumata görə, Putinin qismən səfərbərlik qərarından sonra "Google"da ən çox "Rusiyadan çıxış bileti" və "Əli necə sındırmaq olar" ifadələri axtarışa verilib.

Bundan əlavə, rus mətbuatının məlumatına görə, bu günə İstanbul və İrəvana aviareyslərə birbaşa bütün biletlər satılıb.

Qeyd edək ki, Prezident Vladimir Putin Rusiyada qismən səfərbərlik elan edib. Müdafiə naziri Sergey Şoyqu isə 300 min çağırışçının səfərbərliyə cəlb ediləcəyini vurğulayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR