Bu il 100 təcili tibbi yardım avtomobili alınacaq

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ildə isə daha 100 avtomobilin alınmasını nəzərdə tutur.

Metbuat.az-a Agentliyin mətbuat xidmətindən verilən xəbərə görə, bu avtomobillərdən 15-i perinatal təyinatlıdır və yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün tibbi avadanlıq və küvəz aparatları ilə təchiz olunublar. Hazırda istifadədə olan avtomobillərin tibbi avadanlıqla təchizatının yaxşılaşdırılması istiqamətində də davamlı işlər həyata keçirilir.

Qeyd edək ki, Agentlik tibb müəssisələrini 2020-ci ildə 184, 2021-ci ildə 65 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR