Tanınmış Azərbaycan yazıçısı mükafata layiq görüldü

Bədii tərcümə sənətinin dəyərləndirilməsi və stimullaşdırılması məqsədilə təsis edilmiş "Dövlət Tərcümə (Mərkəzi) Mükafatı"na bu il tanınmış Azərbaycan yazıçısı və tərcüməçisi Etimad Başkeçid layiq görülüb.

Metbuat.az xəbər verir ki, o, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə töhfə olaraq, ədibin “Xosrov və Şirin” poemasının təkmil və müfəssəl filoloji tərcüməsinə görə mükafat alıb.

Etimad Başkeçid yazıçı, tərcüməçi, “Min yol mənə söylər…” romanının, “Dövri-aləm və bir gün”, “Veyil dərəsi”, “Velosiped”, “Tüklücə”, “Günəş topla mənim üçün” hekayələrinin müəllifi, Nikolay Qoqol, Fyodor Dostoyevski, Stiven Kinq, Alberto Moravia, Anton Çexov kimi dünya ədəbiyyatı korifeylərinin, Viktor Jirmunskinin “Xalq qəhrəmanlıq eposu” əsərinin tərcümə müəllifi, qədim yəhudi dini abidəsi “Tövrat”ın, Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasının ilk mükəmməl tərcümə müəllifidir.

Onun “Panoptikum” və “Min yol mənə söylər…” kitabları 2006-2012-ci illərdə nəşr olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR