Məsut Özildən ŞOK QƏRAR -

“Başakşəhər” klubunun futbolçusu Məsut Özil peşəkar futbol karyerasına son qoyub.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış futbol jurnalisti Ərtəm Şənər bildirib. Onun sözlərinə görə, futbolçu bu barədə yaxınlarına deyib. Özül həm zədəsini həm də mənəvi olaraq yorulduğunu əsas gətirərək, daha futbol oynamayacağını ifadə edib.

Qeyd edək ki, “Arsenal”, “Real Madrid” və digər nəhəng klublarda futbol oynayan Özül, “Fənərbaxça”ya transfer olunmuşdu. Lakin “Fənərbaxça”da yaxşı oyun sərgilməyən Özil digər türk klubu “Başakşəhər”ə getmişdi. Burada o, cəmi 3 oyun oynayıb. Özül zədə aldığına görə əməliyyat olunmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR