Nigar hərbçi ərindən ayrılmasından yazdı:

Xəbər verdiyimiz kimi, Əməkdar artist Nigar Şabanova hərbçi həyat yoldaşından ayrılıb.

Metbuat.az xəbər verir ki, o ayrılma səbəbİ ilə bağlı instaqram hesabında paylaşım edib:

"Sizin o kişi dediyinizin tezliklə səs yazılarını paylaşacam. Görərsiz ki, əyninə hər forma geyinən kişi ola bilmir. Kişiliyi, insanlığı peşəylə qarışdırmayın. Kişi, ailə başçısı, qeyrətli oğlan olmaq başqa işdir. Peşə, əyninə forma geyinmək başqa işdir. Pis yazan hər kəsin əziz övladına onun kimi ailə arzu edirəm. Yaxşı yazıb anlayışla qarşılayanların balasın Allah xoşbəxt eləsin. Kaş bütün xanımlar mənim qədər ailəsini qorumağa çalışsaydı. Kişilik qanda yoxdursa, sonradan onu heç bir qadın əmələ gətirə bilməz ərində. Hamı sussun. Əlimdəki sübutları onun peşəsinə, formasına hörmət edib paylaşmıram", - deyə əməkdar artist paylaşımda qeyd edib.

Xatırladaq ki, Şabanovanın ötən il Xəyyam Qaragözovla nikahı olmuşdu.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR