Bakıda polis şəhidin şəklini bacısının maşınından niyə söküb? -

Bakıda yol polisi şəhid Fərhad Babayevin şəklini bacısının avtomobilindən söküb.

Metbuat.az xəbər verir ki, bu barədə şəhidin yaxını sosial şəbəkədə məlumat verib.

Belə ki, dünən səhər saatlarında Sahil metrosu yaxınlığında 99 YP 432 nömrəli avtomobildə olan Vüqar adlı YPX əməkdaşı şəhid Fərhad Babayevin bacısı Aysel Süleymanovanın avtomobilini qayda pozuntusuna görə saxlayıb. O bildirib ki, avtomobilin arxa şüşəsinə şəhid fotosu vurmaq qayda pozuntusudur. Şəhid bacısı isə bunun doğru olmadığın, belə bir qaydanın olacağı təqdirdə fotonu özü götürəcəyini deyib. Polis işçisi isə fotonu sökəcəyini bildirib. Şəhid bacısı şəklin cırılmasına qarşı çıxıb, buna baxmayaraq polis şəkilin bir hissəsini dartıb. Nəticədə foto yırtılıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev sorğumuza cavab olaraq bildirildi ki, bu barədə məsələ araşdırılır:

"Polis əməkdaşının vətəndaşa qarşı rəftarı ilə bağlı iddialar araşdırılır".

Qeyd edək ki, Füzulinin, Xocavəndin, Qubadlının azad edilməsi döyüşlərində iştirak etmişdir. 24 oktyabr 2020 ci il tarixində Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidliyə yüksəlmişdir. Fərhad Babayev ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR