Əməkdar artist: "Evdə qaloş var idi, onu geyinib verilişə gəldim"

Əməkdar artist: "Evdə qaloş var idi, onu geyinib verilişə gəldim"
12:32 19 Yanvar 2015
133 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Elza Seyidcahan yenə hər kəsi təəccübləndirib
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni "Onlar" kamerası qarşısına qaloşla çıxıb. O, öz zövqünə güvəndiyini deyib:

"Sənətim bir kənarda qalıb, çəkmələrimdən, şlyapamdan danışırlar. Bir dəfə qar yağmışdı. Evdə qaloş var idi. Onu geyinib verilişə gəldim. Yaman səs-küyə səbəb oldu. İsveçin Malmö şəhərinə konsertə getmişdim. Orada gördüm ki, həmin qaloşların çəkmələri çıxıb. Bir daha öz zövqümə əmin oldum.

Yaxşı ki, mən o qaloşları geyinmişəm. Avropa qaloşu bizdən götürüb çəkmə edir. Bunun hər geyimimə uyğun növünü almışam. Səhnədə dünya ulduzları da bundan geyinirlər. Amma mən geyinəndə qınağa səbəb olmuşdu".

E.Seyidcahan uşaq vaxtı onu amerikalı rejissor-prodüser Tomas Andersona bənzətdiklərini deyib:

"Ondan əvvəl də saçım qısa idi, Sərxan Sərxana bənzədirdilər. Hətta deyirdilər ki, siz onun bacısısınız? Saçım uzananda Türkan Şoraya oxşatdılar. Fərqli imicdə çıxanda isə Ledi Qaqaya, hərdən də Bülənt Ərsoya bənzədirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/319779.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR