“Təhdid olarsa, kömək üçün NATO-ya müraciət edə bilərik”.

Metbuat.az xəbər verir ki, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto belə açıqlama verib. O bildirib ki, Finlandiya NATO-ya hələlik üzv olmasa da, təhdid olacağı təqdirdə müttəfiqlərinə müraciət edəcək. Diplomatın sözlərinə görə, Baltik dənizindən keçən boru xəttlərinə hücum müharibənin Rusiya-Ukrayna ərazisindən çıxdığını nümayiş etdirir.

Nazir Finlandiyanın NATO-ya üzv olması üçün Türkiyə ilə danışıqların davam etdiyini deyib.