Ukrayna Çeçenistanla bağlı qərar qəbul etdi

Ukrayna parlamenti Çeçenistanı Rusiya tərəfindən işğal edilmiş ərazi kimi tanıyıb.

Metbuat.az xəbər verir ki, bu barədə keçirilən səsvermədə sənədin lehinə 287 vəkil səs verib. Ali Rada ərazinin adını Çeçenistan Respublikası əvəzinə Çeçen İçkeriya Respublikası adlandırıb.

Qeyd edək ki, 1990-cı ildə təktərəfli azadlığını elan edərkən ərazi Çeçen İçkeriya Respublikası adlandırılmışdı.

Əlavə edək ki, Çeçenistan Ukraynadakı müharibəyə minlərlə döyüşçü göndərib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR