Bu gün Bərdənin növbəti dəfə Ermənistan tərəfindən raket atəşə tutulmasından 2 il ötür.
Metbuat.az xatırladır ki, həmin gün 21 nəfər dinc sakin düşmənin hədəfinin qurbanı oldu. Ermənistanın xain hücumu Mirzəliyevlər ailəsinə də ağır itki yaşatdı.
25 yaşlı Tükəzban Mirzəliyeva evli idi. O, həmin gün atası Mirzalıyev Çərkəzlə birgə rayon xəstəxanasına müayinəyə gedib. Dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə zərbələr endirən düşmənin qəfil və amansız hücumu nəticəsində ata və qızı hadisə yerində vəfat edib.
Qeyd edək ki, Tükəzbanın həmin zaman 22 gün öncə Kəmalə adında qızı dünyaya gəlmişdi. Onun həyat oldaşı Elçin İsmayılov da sentybarın 27-dən cəbhədə vuruşub.
Tükəzbanla atası Çələbilər kəndində yanaşı dəfn olunublar.
Allah rəhmət eləsin!