Nüfuzlu investisiya tədqiqatı şirkəti “BCA Research” Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı proqnoz verib.

Metbuat.az xəbər verir ki, kompüter vasitəsilə aparılan araşdırmaya görə, 2022-ci il dünya çempionatının final oyunu “Argentina” və “Portuqaliya” milli komandaları arasında olacaq. Proqnoza görə, oyunun əsas və əlavə vaxtı heç-heçə bitəcək. Penalti zərbələrini dəqiq yerinə yetirəcək “Argentina” millisi dünya çempionu olacaq.

Qeyd edək ki, bu mundialın “Argentina”nın hücumçusu Lionel Messi və “Portuqaliya” millisinin üzvü Kriştiano Ronaldo üçün sonuncu mundial olacağı gözlənilir. Ronaldo və Messi dünya çempionu ünvanını hələlik qazana bilməyib.