Messi uğrunda "savaş başladı":

PSJ rəhbərliyi klubdan ayrılması gündəmə gələn Lionel Messi üçün yeni müqavilə hazırlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Goal.com” məlumat yayıb. İddialara görə, PSJ Messinin müqaviləsindəki sazişi yeniləmək bəndini aktivləşdirmək əvvəzinə hücumçuya yeni müqavilə təklif edəcək. Yeni müqavilədə məvacib əvvəlkindən çox olacaq. İddialara görə, Messini transfer etmək üçün “Barcelona”, Mançester Siti” və ABŞ-ın “İnter Mayami” klubu maraqlıdır. ABŞ klubunun Messi üçün danışıqlar apardığı irəli sürülüb.

Məlumata görə, klubun sahibi Devid Bekhem Messinin mövsümün fasiləsində tranfer etməyi planlaşdırır. Ümumiyyətlə, bu transferin həyata keçirilməsi üçün ABŞ-ın futbol idarələri də maraqlıdır. Məsələ burasındadır ki, 2026-cı ildə futbol üzrə dünya çempionatı ABŞ, Kanada və Meksikada təşkil ediləcək. ABŞ indidən diqqəti ölkə futboluna çəkmək istəyir.

Qeyd edək ki, Messi bu mövsüm 16 oyunda 11 qola imza atıb, 12 qolun isə ötürməsini edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR