Futbol tarixi gözlənilən ana şahid olacaq:

Kriştiano Ronaldo və Lionel Messi futbol azərkeşlərinin çoxdan gözlənilən arzusunu reallaşdırmaq üçün hərəkətə keçib.

Metbuat.az “Goal.com”a istinadən xəbər verir ki, ulduz hücumçular “All-Star” qarşılaşmasında bir araya gələcək. Məlumata görə, qarşılaşma bu yay Uembli stadionunda təşkil ediləcək. Məlumata görə, “All-Star” qarşılaşmasında dünya futbolunun bir sıra ulduz oyunçuları yer alacaq. Oyunun 100 milyon funt sterlinqə yaxın gəlir gətirəcəyi gözlənilir. Bu “All-Star” oyunları tarixində rekord məbləğdir.

Məlumata görə, həm Ronaldo hə də Messi “All-Star” qarşılaşmasının keçirilməsində olduqca istəklidir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR