Azərbaycan Hökuməti ilə Serbiya Hökuməti arasında sosial təminat haqqında saziş təsdiq edilib.

Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

Xatırladaq ki, sözügedən saziş bu ilin aprelin 7-də Bakı və Belqrad şəhərlərində imzalanıb.