Braziliyanın “Flamenqo” klubunun rəhbərliyi Kriştiano Ronaldo barədə iddialara cavab verib.
Metbuat.az xəbər verir ki, klub prezidenti Rodolfo Landim Ronaldonun “Flamenqo” ya transfer olacağı iddialarını zarafatca təkzib edib. “Ronaldo kimin əvəzedicisi olaraq ehtiyat gözləyəcək?” deyə sual edən klub prezidenti iddiaları rədd edib. O bildirb ki, klub Ronaldonu transfer etmək üçün həmlə etməyib.
“Oxuduğuma görə ona iki il üçün 242 milyon dollar təklif edilib. Aylıq məvacibi 10 milyon dollar edir. Bu bizim bütün büdcəmizdən çoxdur” - prezident deyib.