"Qarabağ" UEFA-nın klub reytinqində 4 pillə irəliləyib.
Metbuat.az xəbər verir ki, "köhlən atlar"ın aktivində 25.000 xal var. Bununla da onlar 61-ci sırada qərarlaşıblar.
Ağdam klubu Avropa Liqasının G qrupunun son turunda Bakıda Almaniya "Frayburq"u ilə heç-heçə edib. Məhz bu nəticə "Qarabağ"ın reytinqdə irəliləməsinə səbəb olub.
Qeyd edək ki, cədvələ 131,000 xalla İngiltərənin "Mançester Siti" klubu başçılıq edir.