​Polşa və Litva əməkdaşlıq müqaviləsi imzaladı

Polşa və Litva kəşfiyyat mübadiləsi, hərbi və müdafiə sahəsində əməkdaşlıq müqaviləsi imzalayıb.

Metbuat.az xəbər verir ki, bu barədə Litva ordusu məlumat yayıb. Bildirilir ki, imzalanmış saziş əməkdaşlığın prioritetlərini və əsas istiqamətlərini əhatə edir. Litva ordusundan bildirilib ki, bu saziş ölkə üçün daha vacibdir. Çünki, Polşa Litvaya kəşfiyyat məlumatları barəsində tam dəstək verir. Məlumata görə, saziş qəflətən təlimlərin keçirilməsinə imkan verir.

“Bu cür təlimlər zamanı qüvvələrin hazırlığı yoxlanılaraq ərazi birliyi və bütövlüyü təmin ediləcək. Bu, çəkindirici tədbirlərdən biri olacaq - açıqlamada deyilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR