“France Football” qəzetinin keçmiş jurnalisti nüfuzlu futbol mütəxəssisi Tyerri Marşand Kriştiano Ronaldo barədə inanılmaz iddia ortaya atıb.

Metbuat.az xəbər verir ki, Ronaldo ətrafındakı şəxslərə futboldan bu mövsüm gedə biləcəyini deyib. Jurnalistin iddiasına görə, Ronaldo ətrafındakı şəxslərə deyib ki, Lionel Messi bu mövsüm də “Qızıl top” mükafatını qazanarsa futboldan gedəcək.

Qeyd edək ki, Ronaldo indiyə qədər “Qızıl top” mükafatını 5 dəfə, Messi isə 7 dəfə qazanıb.