Terror belə törədilib -

Noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin Taksim meydanında terror törədən qadının yeni görüntüləri yayılıb.

Metbuat.az TRT Haber-ə istinadən xəbər verir ki, görüntülərdə terrorçu Ahlam Albashırın Taksim meydanına gəlməyi və bombanı yerləşdirməyi əks olunub.

Görüntülərdən terrorçunun çiynində çanta, əlində isə paket olub. Sonra isə o, yaxınlıqdakı oturacaqların birində əyləşib. Əlindəkini qoyduqdan sonra isə həmin ərazidən uzaqlaşıb.

Qeyd edək ki, terror hadisəsi nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb .Türkiyənin Daxili İşlər Nazirliyindən verilən məlumata görə, terror aktını törədən suriyalı Ahlam Albashır saxlanılıb. O, PKK terror qruplaşması ilə əlaqəli olduğunu etiraf edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR