​Messi və Ronaldonun birgə fotosu ilə bağlı MARAQLI MƏQAM: Təsadüfi deyil -

Kriştiano Ronaldo və Lionel Messinin eyni anda paylaşaraq dünyanın marağına səbəb olan foto ilə bağlı maraqlı detal diqqət çəkib.

Metbuat.az xarici KİV-lərə istinadən xəbər verir ki, "Louis Vuitton" brendinin reklam kampaniyası üçün bir araya gələn Messi və Ronaldonun oynadığı şahmat taxtasındakı fiqurların düzülüşü təsadüfi deyil. Bu düzülüş 2017-ci ildə heç-heçə ilə bitmiş Maqnus Karlsen və Hikaru Nakamura qarşılaşmasından götürülüb.

Qeyd edək ki, futbolçular ilk dəfədir ki, birgə reklamda görüntülənib.

İstifadəçilər tərəfindən maraqla qarşılanan görüntülər amerikalı fotoqraf Anna Leybovits tərəfindən çəkilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR