Messi bu kluba gedə bilər -

"Mançester Siti" klubu Lionel Messini transfer etməyi planlaşdırır.

Metbuat.az xəbər verir ki, "şəhərlilər" argentinalı hücumçunun 2023-cü ilin yayında heyətinə qatmaq istəyir. Klub rəhbərliyi hesab edir ki, 35 yaşlı forvard Erlinq Haland və Kevin De Brüyne ilə hücum xəttində yaxşı trio təşkil edə bilər. Klub rəhbərliyi Messinin transferi üçün ciddi büdcə ayırıb.

İddiaya görə, Messinin özü hazırda 2 variantı - PSJ ilə müqaviləni uzatmağı və sabiq komandası olan İspaniya "Barselona"sına qayıtmağı nəzərdən keçirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR