“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan taxıl sazişinin müddətinin uzadılmasında və əsirlərin mübadiləsində önəmli səy göstərib”.

Metbuat.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Türkiyə NATO-nun önəmli üzvüdür. Stoltenberqin sözlərinə görə, Türkiyə regionun təhlükəsizliyi üçün səylər göstərir. “Finlandiya və İsveçin NATO-ya üzvlük prosedurlarının ölkə parlamentlərində təsdiqləmə vaxtı gəlib.

Bu ölkələr terrorizmə qarşı mübarizədə Türkiyə ilə daha yaxın işləməyə davam edəcəklər. Finlandiya və İsveç üzvlük məsələsində Türkiyə ilə imzaladıqları memordandumun şərtlərini yerinə gətirdi” - Stoltenberq deyib.