Qətərdə keçirilən dünya çempionatının açılış oyununda tribunalarda azərkeşlər üçün qoyulan çantların içində nə olduğu məlum olub.
Metbuat.az xəbər verir ki, Ekvador və Qətər milliləri arasında keçirilən qarşılaşma zamanı tribunaya yerləşdirilən çantaların içərisində 8 dildə Quran kitabları və Quran kitabları barədə kataloqlar olub.
Qeyd edək ki, Qətərdə keçirilən dünya çempionatı stadionlarda və stadionların ətrafında spirtli içkilərin satışına qadağa qoyulan ilk mundialdır. Həmçinin Qətər hökuməti insanların sıx olduğu ərazilərdə dini kəlamlardan ibarət nümunələr yerləşdirib. Qətər İslam dininin təbliği üçün belə tədbirlər həyata keçirib.