Portuqaliya millisinin ulduzu Kriştiano Ronaldo 5 dünya çempionatında qol vuran yeganə futbolçu olub.
Metbuat.az xəbər verir ki, o, buna Qana ilə matçın 65-ci dəqiqəsində fərqlənməklə nail olub.
Penaltidən fərqlənən ulduz futbolçu adını tarixə yazdırıb. Bu həm də Ronaldonun dünya çempionatlarında 8-ci qolu olub.