Ronaldo belə qol sevinci yaşamamışdı -

Dünya çempionatının H qrupunda Portuqaliya-Qana qarşılaşmasında komandasının ilk qoluna imza atan Kriştiano Ronaldonun qol sevinci müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, 65-ci dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirən Ronaldo Lionel Messinin nəhəng fotosunun olduğu tribunaya yaxınlaşıb. Ronaldo burada ənənəvi qol sevincini qeyd edib. Sosial media istifadəçiləri Ronaldonun bununla Messiya mesaj verdiyini qeyd edib.

Qeyd edək ki, qarşılaşma Portuqaliyanın 3-2 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR