Azərkeşlər həyəcanla gözləyirdi -

“Qalatasaray” prezidenti Dursun Özbək Kriştiano Ronaldonun transfer iddiaları barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, klub Ronaldonu transfer etmək üçün səy göstərmir. Dursun Özbək Anadolu agentliyinə açıqlamasında bildirib ki, azərkeşlərin Ronaldo transferini istəməsi normaldır. Lakin “Qalatasaray”ın planlarında Ronaldo yoxdur.

Qeyd edək ki, azərkeşlər Ronaldonun sosial media hesablarındakı paylaşımlarına "Come to Galatasaray" deyə minlərlər rəy yazıb. Ronaldonun bu rəylərdən birini bəyəndiyi barədə iddia gündəm olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR