FİFA mübahisəli qolla bağlı yekun qərarını verdi -

FİFA Portuqaliya - Uruqvay milliləri arasındakı oyun zamanı vurulan ilk qolun müəllifi ilə bağlı qərarını açıqlayıb.

Metbuat.az xəbər verir ki, FİFA-dan ESPN-ə açıqlamada bildirilib ki, mütəxəssislər topun içindəki texnologiyadan istifadə edərək, Kriştiano Ronaldonun topa toxunmadığını dəqiqləşdirib.

Xatırladaq ki, dünya çempionatının qrup mərhələsi çərçivəsində keçirilən Portuqaliya - Uruqvay qarşılaşması zamanı Bruno Fernandeş topu qapı qarşısına göndərib. Bu zaman Ronaldo baş ilə topa toxunmağa cəhd edib. Qol əvvəlcə Ronaldonun adına yazılsa da, bir neçə dəqiqə sonra Brunonun adı qeyd edilib. Portuqaliyanın futbol federasiyası qola Ronaldonun təmas etdiyini irəli sürərək, FİFA-ya müraciət edib. Qarşılaşma Portuqaliyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR