Uzun illər Ronaldunun bu rekordunu təzələyən olmayacaq -

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatında qapıya 100 zərbə vuran ilk şəxs olub.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, portuqaliyalı forvard tarixdə bu həddə çatan ilk oyunçudur (statistik məlumatlar 1966-cı ildən mövcuddur).

Xatırladaq ki, həmçinin forvar dünya və Avropa çempionatlarında keçirilən oyunların sayına görə rekorda imza atıb. Ronaldu 2006-cı ildən bəri beşinci dünya çempionatında iştirak edir.

Qeyd edək ki, Ronaldo dünya çempionatının üçüncü tur matçında koreyalı futbolçu ilə mübahisə edib, ona “ağzını yummasını tövsiyə edib”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR