Dünya çempionatında Portuqaliya millisinin İsveçrə üzərindəki 6-1 hesablı qələbəsindən sonra Kriştiano Ronaldo ilə bağlı diqqətçəkən məqam müşahidə edilib.

Metbuat.az xəbər verir ki, final fitindən sonra bütün oyunçular Portuqaliya azərkeşlərinin olduğu tribunaya tərəf gedərək onlara dəstəklərinə görə təşəkkür ediblər. Təkcə Ronaldo getməyib.

Qeyd edək ki, Ronaldo dünya çempionatının 3 oyununda əvəzlənib. İsveçrə ilə oyunda isə meydana sonradan çıxıb. Bu səbəbə görə Ronaldo ilə Fernandu Santuş arasında gərginlik olduğu bildirilir.