Mundiala damğa vuran model buna görə çox izlənirmiş -

Dünya çempionatında gündəm olan xorvat model İvana Knollun fotoları sosial mediada olduqca çox izlənilib.

Metbuat.az xəbər verir ki, modelin həm geyiminə görə tənqid edilməsi, həm də qətərlilər tərəfindən fotolarının çəkilməsi müzakirəyə çevrilib. Sosial mediada “Modeli bəyənmirsinizsə bəs fotolarını niyə çəkirsiniz?” sualı gündəm olub. Gündəmə çevrilən sual məşhur ərəb iş adamı Muahmmed Əl-Jefairyə də verilib. “Azarkeşlərimiz İvana Knollun fotolarını onu sevdikləri üçün deyil, geyim tərzini bəyənmədikləri üçün çəkirlər” - iş adamı cavab verib.

Qeyd edək ki, xorvat model İvana Knollun paylaşımları sosial mediada Messi və Ronaldonun paylaşımlarından daha çox tıklanıb. İvana Knollun izləyicilərinin sayında da böyük artım müşahidə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR