ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays F-16-ların Türkiyəyə satışına məhdudlaşdırıcı şərtlər qoyan bəndlərin müdafiə büdcəsinin yekun mətnindən çıxarılması ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Metbuat.az xəbər verir ki, o bildirib ki, Türkiyə NATO-nun önəmli müttəfiqidir. Ned Prays bəyan edib ki, ABŞ Türkiyənin qarşı-qarşıya olduğu terror təhdidlərinin öhdəsindən gəlməsi üçün Ankaraya ehtiyac duyduğu hərbi dəstəyi vermək istəyir. Onun sözlərinə görə, Türkiyə NATO müttəfiqləri arasında öz torpaqlarında terror hücumların ən çox məruz qalan ölkədir.