Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges portuqaliyalı ulduzun İsveçrə matçında ehtiyat skamyada saxladılmasına etiraz edib.

Metbuat.az xəbər verir ki, DÇ-2022-nin 1/8 final mərhələsində İsveçrə ilə matçın 73-cü dəqiqəsində oyuna daxil olana qədər stadiondakı azarkeşlər Ronaldonun adını çağırıblar.

Corcina isə instaqram hesabında Portuqaliyanı təbrik edərək Ronaldonun uzun müddət ehtiyat oyunçular skamyasında oturtduğuna görə, baş məşqçiyə etirazını bildirib:

"11 oyunçu himni oxuyarkən bütün gözlər onların üzərində idi. Dünyanın ən yaxşı oyunçusunu 90 dəqiqə ərzində izləməkdən həzz ala bilməmək ayıbdır. Azarkeşlər onu istədi və adını hayqırmaqdan əl çəkmədilər. Ümid edirəm ki, dostun Fernando Santos əl-ələ verib bizi bir gecə daha həyəcanlandırarlar".

Portuqaliya millisinin baş məşqçisi Fernando Santos isə Kriştianonun hansı səbəbdən ehtiyat oyunçular sırasında oturduğunu qeyd etdiyini deyib: "Bu, oyun strategiyası idi. Bütün oyunçularım dəyərlidir, lakin onlar bir-birindən fərqlidirlər. Ronaldo ilə aramızda heç bir problem yoxdur, uzun illərdir bir-birimizi tanıyırıq. Ronaldo nümunə göstərən böyük kapitandır".

Qeyd edək ki, Ronaldo və Corcina cütlüyünün 5 övladı var.