Kriştiano Ronaldo artıq qərarını verib.
Metbuat.az xəbər verir ki, “Marca” qəzeti belə məlumat yayıb. Bildirilir Ronaldo inkar etsə də, o, “Al Nasr” klubu ilə razılığa gəlib. Məlumata görə, Ronaldo dünya çempionatından sonra birbaşa Səudiyyə Ərəbistanına gedərək, “Al-Nasr” klubuna imza atacaq. Qəzet yazır ki, “Al-Nasr” klubu iddialı komanda olmaq istəyir. Məlumata görə, Ronaldo 2,5 illik müqaviləyə imza atacaq.
O məvacibinin bir hissəsini klubdan, əsas hissəsini isə reklamlardan əldə edəcək. Bildirilir ki, Ronaldo fikrində dəyişiklik etməsə, o futbol kariyerasına Səudiyyə Ərəbistanında davam edəcək.