Sülh məsələsi ilə bağlı yalnız 1 bənddə iki ölkə razılaşıb -

"Bakı və İrəvan sülh müqaviləsinin yalnız bir bəndində razılaşıblar".

Metbuat.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryan Azərbaycanla Ermənistan arasında imzalanması ehtimal olunan sülh müqaviləsi ilə bağlı danışarkən deyib.

"Sülh sazişinin bütün digər bəndləri üzrə dəqiq razılıq yoxdur. Söhbət sərhədin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması və humanitar məsələlərdən gedir. Bu məsələlərlə bağlı müzakirələr davam edir", - deyə o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR