Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş dünya çemionatının ¼ final mərhələsində Mərakeşlə keçiriləcək qarşılaşma zamanı Kriştiano Ronaldoya əsas heyətdə yer verməyəcək.
Metbuat.az xəbər verir ki, bu barədə “A bola” məlumat yayıb. Bildirilir ki, İsveçrə ilə oyunda olduğu kimi əsas heyətdə Ronaldonun yerinə Qonsalo Ramos olacaq.
Qeyd edək ki, Ronaldo ilə baş məşqçi Fernandu Santuş arasında gərginliyin olduğu bildirilir. Buna səbə Ronaldonun qrup oyunlarında əvəzlənməsi və 1/8 finalda oyuna sonradan daxil olmasıdır. Qonsalo Ramos Portuqaliyanın İsveçrə qarşısında 6-1 hesablı qələbə qazandığı oyunda 3 qol vurub.