"El Fenomeno" kimi tanınan Braziliya futbolunun əfsanəsi Ronaldo Luis Nazario Fransanın ulduzu Mbappeni tərifləyib.

Metbuat.az xəbər verir ki, Ronaldo Mbappenin Dünya Kubokunun ən yaxşı oyunçusu seçiləcəyini deyib. O qeyd edib ki, Kilianının oyun üslubu ona oynadığı vaxtları xatırladır.

46 yaşlı eks-ulduz "Dünya çempionatı başlamazdan əvvəl də eyni fikirdə idim. Mbappenin bu turnirin ən yaxşı oyunçusu seçiləcəyini düşünürəm" deyib.