Sumqayıt şəhəri 9-cu mikrorayon ərazində dekabrın 12-də saat 23 radələrində 1975-ci il təvəllüdlü Mahir Allahverdiyev bıçaqlanaraq öldürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən cinayəti törətməkdə şübhəli bilinən 2003-cü təvəllüdlü Murad Kazımov saxlanılaraq istintaqa təhvil verilib. Araşdırmalar davam etdirilir.
Metbuat.az xəbər verir ki, qətlə yetirilən Mahir Allahverdiyev şəhid Vüsal Allahverdiyevin əmisi imiş.
Qeyd edək ki, Vüsal Allahverdiyev Füzulinin, Cəbrayılın və Xocavəndin azad edilməsi uğrunda və Füzuli rayonunun Seyidəhmədli kəndi istiqamətində gedən döyüşlərdə vuruşub. O, 30 oktyabr 2020-ci ildə Xocavənd istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi və yaralıların döyüş meydanından çıxarılması zamanı qarşı tərəfin atdığı mərmi nəticəsində şəhid olub. Allahverdiyev Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə, "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Şəhid Vüsal Allahverdiyev

Qətlə yetirilən Mahir Allahverdiyev
